ABŞ hakimiyyəti ABŞ-a qanunsuz immiqrasiyanı asanlaşdırdığı iddia edilən Özbəkistan vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada bildirilib.
Sənədə görə, viza məhdudiyyətləri viza işlənməsi ilə bağlı kömək edən Özbəkistanda yerləşən iki şirkətin rəhbərlərinə və yüksək vəzifəli nümayəndələrinə tətbiq edilib.
ABŞ hakimiyyət orqanlarının məlumatına görə, bu şəxslər qəsdən əsasən ABŞ-a qanunsuz miqrasiya etməyi planlaşdıran əcnəbilər üçün nəzərdə tutulmuş turizm xidmətləri göstəriblər.
Sənəddə sözügedən şirkətlərin adları və məhdudiyyətlərin hədəfində olan Özbəkistan vətəndaşlarının adları göstərilmir.