Pakistan silahlı qüvvələri Əfqanıstandakı mövqelərinə endirdiyi hava zərbələri nəticəsində ən azı 80 terrorçunu öldürüb.
Unoqta.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti İslam Respublikasının təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, şənbə və bazar günləri arasındakı gecə Pakistan təyyarələri Əfqanıstanın Nəngərhar, Paktika və Xost əyalətlərində Fitnə əl-Xəvaric qrupunun yaraqlılarının yeddi düşərgəsini məhv edib.