İrlandiyalı aktrisa Cessi Bakli Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) Ən Yaxşı Aktrisa mükafatını qazanıb.
Ucnoqta.az xəbər verir ki, bu məlumat Londonun Sautbank İncəsənət Mərkəzində keçirilən 79-cu illik Britaniya Film Mükafatları mərasimində verildi.
36 yaşlı aktrisa ilk Bürünc Maskasını Xloe Çjaonun "Hamnet" (2025) filmindəki Aqnes roluna görə qazanıb. Film həmçinin bazar günü Ən Yaxşı Britaniya filmi seçilib.