Bakıda evdən qadın meyiti tapıldı

15:53 - 12 Fevral 2026 - HADİSƏ

Bakıda evdən meyit tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Nizami rayonu, C.Naxçıvani küçəsində qeydə alınıb.

78 yaşlı Vera Pavlovna Kirilovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun nədən öldüyü bilinmir.

Araşdırma aparılır.

Xəbər xətti