Çörək zavodunun əməkdaşı iş yerində öldü

23:57 - 5 Fevral 2026 - ÖLKƏ İÇİ

Mingəçevirdə çörək zavodunun əməkdaşı vəfat edib.

Ucnoqta.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində yerləşən çörək zavodunda baş verib.

1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti