İranın silahlı qayıqları Hörmüz boğazında ABŞ tankerinə yaxınlaşıb

23:44 - 3 Fevral 2026 - DÜNYA

Altı İran silahlı qayığı Omanın şimalında, Hörmüz boğazında ABŞ tankerinə yaxınlaşaraq heyət üzvlərinin mühərriklərini söndürməsini və gəmiyə minməyə hazırlaşmasını tələb edib.

Ucnoqta.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə dəniz təhlükəsizliyi şirkəti olan "Vanguard Tech"ə istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, kapitan bu tələblərə məhəl qoymayıb, gəmi sürətlənib və daha sonra Amerika gəmisi tərəfindən qorunub.

Reuters agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, naməlum qayıqlar ABŞ bayrağı altında üzən "Stena Imperative" gəmisinə yaxınlaşıb.

Xəbər xətti