Bakıda “Range Rover”dən oğurluq edən şəxs saxlanılıb

11:15 - 23 Yanvar 2026 - HADİSƏ

Xəzər rayonu ərazisində “Range Rover” və “Hyundai” markalı iki avtomobildən oğurluqlar edilməsi barədə polisə məlumatlar daxil olub.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisindəki mağazadan və evdən oğurluqlar etdiyi də məlum olub.

Nəsimi rayonunda isə bir nəfərin bank kartını ələ keçirərək mağazalardan alış-veriş etməkdə şübhəli bilinən 23 yaşlı M.Əzimov, 30 yaşlı Ə.Nifdalıyev və 20 yaşlı Ö.Nifdalıyev saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti