Tramp təhlükəsizliyi ilə bağlı narahat olmadığını bildirib

07:56 - 22 Yanvar 2026 - DÜNYA

2024-cü ildə iki sui-qəsd cəhdindən sağ çıxan ABŞ Prezidenti Donald Tramp təhlükəsizliyi ilə bağlı narahat olmadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, NewsNation-a verdiyi müsahibədə bildirib.

"Mən bundan narahat deyiləm. Bizim əla insanlarımız var, onlar əla vəziyyətdədirlər. Düşünürəm ki, Məxfi Xidmət əla iş görür, ordu əla iş görür", - deyə o, qeyd edib. 

"Bir şeyi dəqiq bilirəm: əgər bir şey baş verərsə, onu edən şəxs yox olacaq", - deyə Amerika lideri əlavə edib. O, prezidentin işini "dünyanın ən təhlükəli işi" adlandırıb.

Xəbər xətti