Yarışda xəsarət alan motosikletçi xəstəxanada öldü

09:52 - 13 Yanvar 2026 - HADİSƏ

Fransalı motosiklet yarışçısı Rafael Şolet Fransanın cənub-qərbindəki Qrey-et-l'Hôpitalda keçirilən Gurp TT yarışı zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Lille Actu məlumat yayıb. 

Şolet başqa bir yarışmacı tərəfindən vurulub, motosikletindən yıxılıb və yarış dayandırılıb.

Şolet ağır vəziyyətdə xəstəxanaya helikopterlə çatdırılıb, lakin həkimlər 21 yaşlı gəncin həyatını xilas edə bilməyiblər.

Xəbər xətti