ABŞ Ordusu Venesuelaya daxil oldu

11:13 - 3 Yanvar 2026 - DÜNYA

Karakasda atəş səsləri eşidilir.

Ucnoqta.az xəbər verir ki, xarici medianın verdiyi məlumata görə, Amerika qoşunları Venesuela paytaxtına eniş edib.

Şahidlər şəhərin müxtəlif yerlərində atəş səsləri eşidildiyini bildirirlər. Şəhər mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. ABŞ Hərbi Hava Qüvvələri Marakaydakı El Libertador hava bazasına daha bir zərbə endirib.

Venesuela üzərindəki hava məkanı tamamilə bağlanıb.

ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə zərbə endirib.

Amerika raketlərindən biri Karakasdakı sursat anbarına dəyib.

Xəbər xətti