Qiymətli metalların fyuçersləri yüksəlir.
Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Nyu-York Ticarət Birjasında (NYMEX) və Comex-də (NYMEX-in bir bölməsi) qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiyməti 1,33% ilə 7,74% arasında yüksəlib.
NYMEX-də 2026-cı ilin mart ayı çatdırılması üçün palladium fyuçerslərinin qiyməti 2,35% artaraq troya unsiyası üçün 1727 dollara çatıb.
Bu arada, NYMEX-də 2026-cı ilin yanvar ayı çatdırılması üçün platin fyuçersləri 5,8% artaraq troya unsiyası üçün 2258,5 dollara çatıb.
Comex birjasında 2026-cı ilin fevral ayı çatdırılması üçün qızıl fyuçerslərinin və 2026-cı ilin mart çatdırılması üçün gümüş fyuçerslərinin qiyməti də yüksəlib. Qızıl 1,33% artaraq troy unsiyası üçün 4401,30 dollara, gümüş isə 7,74% artaraq troy unsiyası üçün 75,915 dollara çatıb.