ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə son söhbətinin heç bir konkret nəticə vermədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən verib.
"Mən onunla danışdım. Amma başa düşməliyik ki, bu heç bir əhəmiyyətli nəticə verməyib", Tramp əlavə edib və bir daha Karakası ABŞ-a narkotik qaçaqmalçılığında ittiham edib.