Avtobus 75 metr hündürlükdən dərəyə aşdı - 15 nəfər öldü

14:42 - 27 Dekabr 2025 - HADİSƏ

Qvatemalada Amerikalararası magistral yolda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ən azı 15 nəfər ölüb.

Ucnoqta.az bildirir ki, bu barədə ölkənin Könüllü Yanğından Mühafizə Xidməti məlumat verib.

Rəsmi məlumatlara görə, Amerikalararası magistral yolunun 174-cü kilometrliyində baş verən qəza nəticəsində 15 nəfər yerindəcə ölüb, 19 yaralı xəstəxanalara aparılıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd olunur ki, avtobus təxminən 75 metr dərinliyindəki dərəyə düşüb. Qəza zəif görünürlük şəraitində baş verib və bu da xilasetmə işlərini xeyli çətinləşdirib.

Xəbər xətti