Rusiyalı milyarderlərin sərvəti daha da artıb

21:33 - 2 Yanvar 2026 - DÜNYA

Ən varlı rusların sərvəti 2025-ci ildə təxminən 24 milyard dollar artıb.

Ucnoqta.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə görə, metalloinvest səhmdarı Əlişir Usmanov 6,04 milyard dollar qazanaraq xalis sərvətini 19,3 milyard dollara çatdırıb.

Ural Mədən və Metallurgiya Şirkətinin təsisçisi İskəndər Mahmudovun xalis sərvəti 4,75 milyard dollar artaraq 7,88 milyard dollara çatıb;

"Telegram"ın həmtəsisçisi Pavel Durov 3,38 milyard dollar qazanaraq xalis sərvətini 14,4 milyard dollara çatdırıb;

"Wildberries"in təsisçisi Tatyana Kim 515 milyon dollar qazanaraq xalis sərvətini 7,89 milyard dollara çatdırıb.

Xəbər xətti