11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa olundu

10:59 - 3 Dekabr 2025 - Xəbər

Malayziya 2014-cü ildə yoxa çıxan Malayziya Hava Yollarına məxsus MH370 reysi üçün dərin dəniz axtarışının bərpa olunduğunu elan etdi. Axtarış 30 dekabrda başlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə "New Starits Times" (NST) qəzeti məlumat yayıb. Məlumata görə, axtarış, hökumət və Ocean Infinity arasında 25 martda bağlanan xidmət müqaviləsinə uyğun olaraq, təyyarənin yerini tapmaq ehtimalı ən yüksək olan hədəf bölgəsində aparılacaq.

Axtarışın 55 gün davam etməsi gözlənilir. Malayziya hakimiyyəti bu qərarın hökumətin faciə qurbanlarının ailələri üçün cavab tapmaq öhdəliyini əks etdirdiyini vurğulayıb.

Xəbər xətti