Baksol yolunda yanğın

16:28 - 28 Noyabr 2025 - Xəbər

Bakıda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti