Merz Netanyahu ilə danışıqlar aparacaq

16:22 - 28 Noyabr 2025 - DÜNYA

Almaniya kansleri Fridrix Merz 6-7 dekabr tarixlərində İsrailə səfər edəcək və orada Baş nazir Binyamin Netanyahu ilə danışıqlar aparacaq.

Ucnoqta.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Meyer bu barədə Berlində jurnalistlərə açıqlama verib.

Merzin Netanyahu ilə görüşü 7 dekabra planlaşdırılıb.

Kansler həmçinin Yad Vaşemə baş çəkəcək və İsrail vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Xəbər xətti