ABŞ 19 ölkədən olan sığınacaq axtaranlara yaşıl kartların verilməsinin uyğunluğunu nəzərdən keçirəcək.
Ucnoqta.az xəbər verir ki, CNN bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə istinadən məlumat yayıb.
Sözügedən ölkələr arasında Əfqanıstan, Burundi, Venesuela, Haiti, İran, Yəmən, Kuba, Laos, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Syerra-Leone, Toqo, Türkmənistan, Çad, Ekvatorial Qvineya və Eritreya yer alır.