Birinci Qarabağ müharibəsi şəhidi Elman Məhərrəmovun oğlu İsmayıl Məhərrəmov dünyasını dəyişib.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun baş leytenantı olan İ.Məhərrəmovun ölüm səbəbi hələlik məlum deyil.
İ.Məhərrəmov həmçinin Vətən müharibəsi iştirakçısı idi.
Qeyd edək ki, mərhum Biləsuvar rayonundandır.