Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü - FOTO

18:10 - 26 Noyabr 2025 - SİYASƏT

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland səfiri Marian De Yonq ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X-də paylaşım edib.

Görüşdə regional məsələlər, Avropa İttifaqı ilə siyasi-iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib, Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Xəbər xətti