“Napoli” – “Qarabağ” oyunu təxirə salınır? - AÇIQLAMA

13:31 - 25 Noyabr 2025 - İDMAN

“Qarabağ” klubundan Azərtac-ın sorğusuna cavab olaraq bildirilib ki, hava şəraitinə baxmayaraq, matçın təxirə salınması nəzərdə tutulmayıb.

Klubun kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevin sözlərinə görə, hazırda gündəmdə belə bir məsələ yoxdur.

11:12

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində İtaliyada keçiriləcək “Napoli” – “Qarabağ” oyunu təxirə salına bilər.

Ucnoqta.az Teleqraf-a istiandən xəbər verir ki, bununla bağlı İtaliya mətbuatı məlumat yayıb.

Buna səbəb Neapol şəhərində havanın əlverişsizliyidir. Yerli bələdiyyə hətta mərkəzi əraziləri “narıncı zona” elan edib. “Napoli” azarkeşləri isə parkların və digər ictimai məkanların bağlanmasına görə “Qarabağ“la oyunun təxirə salınma ehtimalından narahatdırlar.

Neapol şəhər bələdiyyəsi rəsmi açıqlamasında matçın təxirə salınmasının planlaşdırılmadığını bildirib:

“Sakinlərdən zərurət olmadığı təqdirdə mənzillərini tərk etməmələri xahiş olunur. Gün ərzində şimşək, yağış və şiddətli külək olacaq. “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” oyununun təxirə salınması nəzərdə tutulmur. Hava durumu pisləşərsə, əlavə məlumat veriləcək.”

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti