Böyük Britaniya hökuməti Kiyevin Rusiyanın dərinliklərinə zərbə endirmək kampaniyasını davam etdirməsinə imkan vermək üçün Ukraynaya əlavə "Storm Shadow" hava-yer tipli qanadlı raketlər göndərib.
Ucnoqta.az xəbər verir ki, Bloomberg bu barədə mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, çatdırılma Londonun ABŞ prezidenti Donald Trampın Kiyevə uzaqmənzilli "Tomahawk" raketləri göndərməkdən imtina etməsi ilə bağlı narahatlığı fonunda və qışın yaxınlaşması öncəsi Ukraynaya sursat təmin etmək məqsədilə həyata keçirilib.
Agentlik qeyd edib ki, Böyük Britaniya hökuməti Ukraynaya "Storm Shadow" raketlərinin çatdırılması ilə bağlı rəsmi məlumatları dərc etmir.