Britaniya Ukraynaya yeni səfir təyin edib

19:31 - 22 Oktyabr 2025 - DÜNYA

Diplomat Neil Crompton Böyük Britaniyanın Ukraynaya yeni səfiri təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Britaniya hökumətinin internet saytında yayılan açıqlamaya görə, o, yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.

Bundan əvvəl Nil 2020-ci ildən 2025-ci ilə qədər Səudiyyə Ərəbistanı Krallığında səfir vəzifəsində çalışıb.

Açıqlamada Cromptonun daha əvvəl 2015-2019-cu illərdə Xarici İşlər və Birlik Ofisində Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru vəzifəsində çalışdığı vurğulanıb.

Xəbər xətti