İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, Qəzzada sülh razılaşmasına nail olmaq üçün növbəti addım HƏMAS-ın tamamilə tərksilah edilməsidir.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində bildirib.
O, ABŞ prezidenti Donald Trampın mövqeyinin “çox aydın olduğunu” vurğulayıb: “Həmas” silahlarından əl çəkməsə, “tam xaos yaranacaq. Əvvəlcə HƏMAS silahlarını yerə qoymalıdır. İkincisi, Qəzzada silah fabriklərinin olmamasına və heç bir qaçaqmal yolu ilə gətirilməməsinə əmin olmalıyıq. Demilitarizasiyanın mənası budur", - Netanyahu vurğulayıb.