ABŞ prezidenti Donald Tramp hesab edir ki, onun BRICS ölkələrinə gömrük rüsumları tətbiq etməklə bağlı hədələri öz təsirini göstərib.
Ucnoqta.az xəbər verir ki, bunu o, Ağ Evdə argentinalı həmkarı Xavyer Miley ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən dollarla bağlı çox güclü mövqe tuturam və dollarla əməliyyat aparmaq istəyən hər kəsin etməyənlərə nisbətən üstünlüyü var", - Ağ Evin hazırkı prezidenti deyib.
"Mən dedim ki, kimsə BRİKS-də olmaq istəyirsə, bu yaxşıdır, amma biz sizin ölkəyə tariflər tətbiq edəcəyik və hamı gedəcək. Hamı BRİKS-i tərk edir", - Amerika lideri bildirib.