Kürdə bir nəfər batıb

10:22 - 4 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Kür çayının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Xəbər xətti