Yerə doğru böyük plazma atılması ilə güclü günəş alışması baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat verib.
Vizual müşahidələrə əsasən, partlayış böyükdür və onun Günəşdən ayrılması təsdiqlənərsə, oktyabrın 5-i bazar günü günortadan sonra planetə çatmalıdır.