"Yuventus" üç azarkeşin matça gəlməsini qadağan edib

09:04 - 4 Oktyabr 2025 - İDMAN

İtaliyanın "Yuventus" futbol klubu irqçi şüarlar səsləndirdiyinə görə üç azarkeşin matça gəlməsini qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bildirib.

İnsident avqustun 24-də İtaliya çempionatının ilk turunda evdə “Parma” ilə oyunda (2:0) baş verib.

"Yuventus"un amerikalı yarımmüdafiəçisi Uetson Makkenni oyundan sonra meydanda məşq edərkən ayrı-seçkilik və irqçi şüarlara məruz qalıb. Üç fanat CCTV vasitəsilə müəyyən edilib.

Bu, "Yuventus"un "Davranış Kodeksi" kimi tanınan daxili qaydalarına əsasən cəzalar tətbiq etdiyi ilk hadisə deyil. Klub bundan əvvəl “Roma” (30 dekabr 2023-cü il) və “Torino” (9 noyabr 2024-cü il) matçlarından sonra azarkeşlərə qarşı sanksiyalar tətbiq etmişdi.

Xəbər xətti