Piyada səkisini zəbt edən qurğular söküldü

19:30 - 3 Oktyabr 2025 - SİYASƏT

Bakının Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində ictimai iaşə obyektlərinin qarşısında sakinlərin sərbəst hərəkətinə mane olan dibçəklər və günlüklər sökülüb.

Bu barədə Ucnoqta.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib. 

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında ərazidə baxış keçirilib. Yoxlama zamanı piyada səkisində quraşdırılan qurğuların piyadaların təhlükəsiz və maneəsiz hərəkətinə ciddi çətinlik yaratdığı müəyyən olunub", - məlumatda deyilir. 

Bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə həmin dibçəklər və günlüklər yığışdırılıb, səkilər əvvəlki vəziyyətinə qaytarılıb.

Xəbər xətti