ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi missiyası Ermənistana gəlib

12:05 - 3 Oktyabr 2025 - DÜNYA

ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi missiyası Ermənistana gəlib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 11-dək Ermənistan Sərhəd Xidməti ilə işləyən missiyanın mütəxəssisləri imkanların qiymətləndirilməsini aparacaq və təkmilləşdirilməsi lazım olan sahələri müəyyən edəcək.

Məqsəd sərhəd təhlükəsizliyini gücləndirmək və strateji investisiyalara üstünlük verməkdir.

ABŞ səfirliyi qeyd edib ki, bu, Ermənistan və ABŞ arasında avqustun 8-də Ağ Evdə imzalanmış anlaşma memorandumu çərçivəsində ilk addımdır.

Xəbər xətti