Bakıda şadlıq evinin pilləkənlərindən yıxılan şəxs ölüb.
Ucnoqta.az report-a istinadla xəbər verir ki, sentyabrın 23-ü saat 23 radələrində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Qarayev B.Çobanzadə küçəsində yerləşən "Şərq" şadlıq sarayında pilləkənlərdən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş O.Qarayev oktyabrın 1-i orada ölüb.
Faktla bağlı araşdırma aparılır.