Tramp Milli Qvardiya qüvvələrini Memfisə

06:30 - 16 Sentyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp federal hökumətin cinayətkarlıqla mübarizə səylərinin davamı olaraq Milli Qvardiyanın Tennessi ştatının Memfis şəhərinə göndərilməsi haqqında memorandum imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Memorandumun mətni Ağ Evin saytında yerləşdirilib.

Sənədə əsasən, Milli Qvardiya, FTB, Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı maddələr Bürosu, İmmiqrasiya və Gömrük Mühafizəsi, Daxili Təhlükəsizlik Departamenti və ABŞ marşalları Memfisdə yerləşdiriləcək.

Memorandumu imzalamadan əvvəl Tramp jurnalistlərə bildirib ki, Memfisdə federal reaksiya Vaşinqtondakı kimi olacaq, onlar yerli polis idarəsini federal nəzarətə götürüb Milli Qvardiya qoşunlarını yerləşdiriblər.

ABŞ prezidenti istisna etməyib ki, federal hüquq-mühafizə qüvvələrinin yerləşdiriləcəyi növbəti şəhərlər Çikaqo, İllinoys, Missuri ştatının Sent-Luis və Luiziana ştatının Nyu Orlean şəhərləri ola bilər.

Xəbər xətti