Xoşqədəm Hidayətqızına ağır itki üz verib
Ucnoqta.az xəbər verir ki, Əməkdar jurnalist, “Üç nöqtə” qezetinin baş redaktoru, “Səni Axtarıram” layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızının atası bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, onun atası 5 il idi ki xərcəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!