Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Baş nazir Türkiyə prezidentini Qurban bayramı münasibətilə təbrik edib. Türkiyə prezidenti Ermənistanın baş nazirini 2026-cı ilin yazında Ermənistanda Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsi münasibətilə təbrik edib.
Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.