Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlər

15:17 - 19 May 2025 - AVTO

Rusiyada Yol Təhlükəsizliyi Aktına maraqlı dəyişiklik edilib. Belə ki, “B” kateqoriyalı sürücülər imtahan verərək daha geniş kateqoriyalı nəqliyyat vasitələri idarə edə bilirlər. Buraya qar arabaları, həmçinin motorlu oturacaqlı və motorlu təkərli üç, eləcə də dörd təkərli velosipedlər aiddir.

Bəs bu təcrübə Azərbaycanda da istifadə oluna bilərmi? Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlərmi?

Ucnoqta.az xəbər verir ki, lent.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, gələcəkdə “A1” və “B1” kateqoriyalarını birləşdirmək olar:

“Azərbaycanda bu cür nəqliyyat vəsitələrini idarə etmək üçün “A” və “A1” altkateqoriyası var. “B” kateqoriyası isə yalnız 3,5 tona qədər olan nəqliyyat vasitələrini idarə etmək üçündür. Gələcəkdə bizdə də bu təcrübəyə baxmaq və iki kateqoriyanı birində, xüsusən “B1” altkateqoriyasında birləşdirmək olar. 

Rusiyada bu təcrübəyə başlanılırsa, zamanla onun effektivliyinə baxıb, Azərbaycanda tətbiq olunub-olunmayacağını müzakirə etmək olar”.

Xəbər xətti