Həziyev İlkin Zaur oğlu Çeçenistanda işləmək adı ilə gedib, itkin düşüb
Ucnoqta.az xəbər verir ki, İlkinin axtarışı ilə bağlı "Səni axtarıram"a müraciət olunub. Bildirilir ki, İlkin də Hacıyev Yusif İlqar oğlu kimi Rusiya-Ukrayna müharibəsinə aldadılaraq aparılıb. İlkin ailə üzvlərinə yazaraq müharibə zonasından çıxmaq istədiyini deyib. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı isə Voronejdə Vidadi adlı azərbaycanlı generalın olmadığını öyrəndiyini deyib. Xoşqədəm Hidayətqızı qeyd edib ki, belə şəxslər insanları aldadaraq pul müqabilində müharibəyə göndərirlər.
Ətraflı süjetdə: