Rusiyadan Bakıdakı "Rus evi" ilə bağlı AÇIQLAMA

16:13 - 6 Fevral 2025 - Xəbər

 Azərbaycandakı "Rus evi" kirayə götürdüyü binanın sahibinin onu yaxın vaxtlarda satmaq niyyətində olduğunu bildirdiyi üçün ay yarım ərzində boşaldılmalıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “Rossiya-24” telekanalında məlumat verib.

“İş ondadır ki, hazırda yaranan qalmaqal fonunda bir müddət əvvəl icarəyə götürdüyümüz binanın sahibi onu təcili satdığını bildirib və köçməyimizi xahiş edib. Binanı tərk etməli olduğumuz vaxt yaxınlaşır, təxminən ay yarımdan sonra o gələcək” - Primakov deyib.

Xəbər xətti