Yeni tədris ilindən etibarən Azərbaycanın bütün məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, bu qaydalar artıq iki tədris ili ərzində 329 məktəbdə pilot olaraq sınaqdan keçirilib. Monitorinqlərin nəticələri müsbət qiymətləndirildiyi üçün yeni qaydaların bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur.
Qaydalara əsasən, xüsusi hallar istisna olmaqla, təhsilalanların dərs zamanı telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan ediləcək.