Fransa Silahlı Qüvvələr naziri Sebastyan Lekornu Ukraynaya məxsus ilk Fransız “Mirage 2000” təyyarəsinin Ukraynaya gətirildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Lekornu X-də yazıb.
Lekornu bildirib ki, 6 iyun 2024-cü ildə Fransa prezidenti Emmanuel Makron Fransanın "Mirage 2000" təyyarəsinin Ukraynaya təhvil veriləcəyini elan etmişdi. Bu gün Ukraynaya ilk təyyarələr gətirildi.
Onun sözlərinə görə, təyyarələri Fransada təlim keçmiş ukraynalı pilotlar idarə edir.