Biləsuvarda iki avtomobil toqquşub - 5 nəfər yaralanıb

13:58 - 6 Fevral 2025 - ÖLKƏ İÇİ

Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralında, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Baş verən qəzada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti