Son gecədə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiyanın bölgələri üzərində Ukraynanın 28 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 13 PUA - Azov dənizinin suları üzərində, səkkiz PUA - Rostov vilayətinin ərazisi üzərində, altı PUA - Krasnodar vilayətinin ərazisi üzərində və bir PUA - Həştərxan vilayətinin ərazisi üzərində zərərsizləşdirilib.