Los-Ancelesin Pacific Palisades məhəlləsində baş verən yanğın 5 milyon dollarlıq lüks evini tərk edən yerli sakin də daxil olmaqla 30 min sakini təxliyə etməyə məcbur edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
“30 yaşlı Orli İsrail, dostu Tanner Çarlzla bütün ərazini su ilə söndürərək evi meşə yanğınlarına hazırlamağa çalışıb. Lakin evi su basandan 3 saat sonra əmlakın həyətyanı sahəsi yanğın nəticəsində kül olub”, - deyə yazıda qeyd olunub.
Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, yanğın cəmi bir neçə saat ərzində 486 hektar ərazini əhatə edib.