“Sahil” və “İçərişəhər” stansiyalarındakı sıxlıqla bağlı AÇIQLAMA

21:40 - 30 Oktyabr 2024 - Cəmiyyət

Bakı metrosunun "Sahil" və "İçərişəhər" stansiyalarının qarşısında sıxlıq yaranıb.

Ucnoqta.az xəbər verir ki, axşam saatlarında mənzil başına çatmaq istəyən vətəndaşlar metroya daxil olmaqda çətinlik çəkiblər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, heç bir texniki problem yoxdur:

"Sərnişin sıxlığıdır. Platforma səviyyəsinin ifrat sıxlığına yol vermək olmaz".

Xəbər xətti