Çox vaxt smartfonlarımızın nə qədər aktiv olduğunu, hətta onlardan istifadə etmədiyimiz zaman belə fərqinə varmırıq.
Bu, qadcetin bəzi funksiyalarının fonda işləməyə davam etməsi ilə əlaqədardır ki, bu da akkumulyator resursunun tükənməsinə gətirib çıxarır, bəzi hallarda isə cihazın işini təhdid edir.
Tez-tez olur ki, akumlyatorun qalan bir neçə faizi belə həlledici ola bilər.
Ucnoqta.az xarici mətbuata istinadən telefonun daha qənaətcil işləməsinə dair təcrübəni təqdim edir.
1. Tətbiqlərin fon əməliyyatını söndürün
Problemlərin əksəriyyəti eyni anda işləyən onlarla proqramla bağlıdır.
Telegram, Instagram, brauzer, qeydlər, istənilən oyun - hamısı birlikdə prosessoru limitə qədər yükləyirlər.
“Android”də fon proqramlarını söndürməyin yollarından biri inkişaf etdirici rejiminə daxil olmaqdır. "Proses statistikası" menyusunu seçin və ən çox yaddaş istifadə edən proqramları tapın.
Bu proqramların dayandırılması cihazı boşaltmağa kömək edəcək.
İOS üçün alqoritm bir qədər fərqlidir: "Parametrlər", sonra "Əsas" bölməsinə keçmək və "Məzmun yeniləməsi" maddəsini seçmək lazımdır.
Bu menyuda siz hansı proqramların fonda məzmunu endirə bilməyəcəyini təyin edə bilərsiniz.
2. Animasiyalar və xüsusi effektləri söndürün, qaranlıq rejimi yandırın
Menyu elementləri arasında keçid zamanı "canlı divar kağızları" və animasiyalar da telefonun işinə təsir edir.
Onları söndürməklə siz gözəl effektləri qurban verəcəksiniz, ancaq cihazın daha sürətli işləməyə başlayacağını görəcəksiniz.
Eyni zamanda, qara mövzu batareyanın enerjisinə çox qənaət etməyə imkan verir. Amma bu effekt yalnız OLED paneldən istifadə edən telefonlarda nəzərə çarpacaq.
Məsələ burasındadır ki, OLED displeydə hər piksel ayrıca işıqlandırılır, ona görə də tam qara rəng göstərən ekran demək olar ki, heç bir enerji sərf etməyəcək.
3. “Always-on “Display”i söndürün
Bu funksiya rahatdır, çünki smartfon ekranı hətta gözləmə rejimində olsa da, vaxtı, bildirişləri, tarixi və digər faydalı məlumatları göstərir. Yəni bütün smartfonu yandırmadan vacib məlumatları tez yoxlaya bilərsiniz.
Lakin sınaqlar göstərdi ki, Android və iPhone-da aktivləşdirilmiş Always On Display ilə batareya sərfiyyatı onsuz olandan təxminən 5 dəfə sürətlidir.
Üstəlik, bu seçim səbəbindən gadgetınızın ekranı da əziyyət çəkir, xüsusən də matris daha tez yanmaq riski daşıyır.