Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

15:58 - 13 Oktyabr 2024 - Xəbər

Azərbaycan ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi 14.10.2024-cü il tarixində 18.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.


Xəbər xətti