Yerdə güclü maqnit qasırğası başlayıb

09:33 - 8 Oktyabr 2024 - Cəmiyyət

Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz Telegram kanalında məlumat verib.

O, bildirib ki, geomaqnit sahəsində pozuntular G3 sinifli güclü maqnit qasırğası səviyyəsinə çatıb.

Leus əlavə edib ki, maqnit qasırğası bir gün əvvəl günortadan sonra başlayıb.
Sonra G2 sinfinə çatdı.

Sinoptiklərin məlumatına görə, oktyabrın 8-də səhər saatlarında tufan G1 sinfinə keçməli, günorta isə tamamilə dayanmalı idi.
Lakin Yerin maqnitosferi, əksinə, güclənib.

Leus narahatlığın qısamüddətli olacağını və yaxın saatlarda azalmağa başlayacağını vurğulayıb.

Xəbər xətti