İsrail ərazisi güclü raket atəşinə tutulub

19:24 - 21 Sentyabr 2024 - DÜNYA

İsrail hərbçiləri Livandan ölkənin şimal rayonlarını yeni kütləvi atəşə tutublar.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ümumilikdə İsrailə 90-a yaxın mərmi atılıb.

Yuxarı Qalileyin məskunlaşdığı ərazilər, Safed şəhərinin ərazisi və İsrailin nəzarətində olan Qolan təpələri atəşə tutulub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xəbər xətti