Neftin qiyməti 81 dolları ötüb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti avqustun 1-dən bəri ilk dəfə olaraq 81 dollar/bareldən yuxarı qalxıb.
Brent markalı neftin bir barelinin qiyməti 1,72% artaraq 81,03 dollar olub.
Eyni zamanda, WTI markalı xam neftin sentyabr fyuçersləri 1,7% artaraq bir barel üçün 78,29 dollar olub.