Milyarder Ambana ailəsinin sərvəti Hindistan ÜDM-nin 10%-ni təşkil edir

14:22 - 9 Avqust 2024 - MARAQLI

Hindistanın ən böyük biznes imperiyası olan "Reliance Industries"in sahibi olan milyarder Mukeş Ambana ailəsinin sərvəti 25,7 trilyon rupiyə (385,5 milyard dollar) çatır ki, bu da Cənubi Asiya respublikasının ümumi daxili məhsulunun demək olar ki, onda birinə bərabərdir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın “Varclays-Hurun” bankı öz hesabatında bildirib.

20 mart 2024-cü il tarixinə Ambana ailəsinin sərvətini qiymətləndirərkən, bank Ambana ailəsinin yeddi üzvünün "Reliance", "Jio Platforms", "Reliance Retail" və digər şirkətlərdəki paylarını nəzərə alaraq özəl investisiyaları və likvid aktivləri istisna edib.

Ambananın biznes imperiyası əsasən enerji, pərakəndə satış və telekommunikasiya sektorlarında fəaliyyət göstərir.

"Barclays-Hurun India" milyarderlər Niraj Bajaj (avtomobil istehsalı) və Kumar Birlanın (mədən mineralları, sement istehsalı və maliyyə xidmətləri) ailələrini hindistanlı iş adamlarının ən böyük ailə sərvətləri siyahısında ikinci və üçüncü yerlərə yerləşdirib.

Bank Hindistanın üç ən böyük sənaye və ticarət konqlomeratının sahiblərinin ümumi ailə aktivlərini 460 milyard dollar dəyərində qiymətləndirib ki, bu da Sinqapurun ÜDM-inə bərabərdir.///tass

Xəbər xətti