ABŞ səfirliyi Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu inanılmaz nailiyyətdən həzz alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Təbriklər Azərbaycan Komandası - qarşıda daha böyük uğurlar və qızıl medallar ümidi ilə!", - paylaşımda qeyd olunub.